Gürcüstanda koronavirusdan ölənlərin sayı 3 600-ü ötüb

Gürcüstanda koronavirusdan ölənlərin sayı 3 600-ü ötüb Gürcüstanda ötən sutkada daha 139 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 129 nəfər sağalaraq evə buraxılıb, 10 pasiyent vəfat edib
Region
9 Mart , 2021 10:47
Gürcüstanda koronavirusdan ölənlərin sayı 3 600-ü ötüb

Gürcüstanda ötən sutkada daha 139 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 129 nəfər sağalaraq evə buraxılıb, 10 pasiyent vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında məlumat verilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 273 137 nəfər yoluxub. Onların 267 015-i sağalıb, 3 601-i isə dünyasını dəyişib.

Karantin rejimində 252, stasionar nəzarətdə isə 1 383 nəfər var. Xəstəliyi yüngül formada keçirən 114 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.

Son xəbərlər

Orphus sistemi