Gürcüstanda koronavirusa yoluxanların sayı 550 mini keçib

Gürcüstanda koronavirusa yoluxanların sayı 550 mini keçib Gürcüstanda ötən sutkada koronavirusa 3 886 yeni yoluxma faktı qeydə alınıb, 4 103 nəfər müalicə olunaraq sağalıb.
Region
1 Sentyabr , 2021 10:42
Gürcüstanda koronavirusa yoluxanların sayı 550 mini keçib

Gürcüstanda ötən sutkada koronavirusa 3 886 yeni yoluxma faktı qeydə alınıb, 4 103 nəfər müalicə olunaraq sağalıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Son 24 saat ərzində daha 74 nəfər vəfat edib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 553 697 nəfər yoluxub. Onların 497 517-si sağalıb, 7 482-si isə dünyasını dəyişib.

Aktiv xəstə sayı 48 672 nəfər təşkil edir.

Son xəbərlər

Orphus sistemi