Gürcüstanda koronavirusa 1 941 yeni yoluxma təsdiqlənib

Gürcüstanda koronavirusa 1 941 yeni yoluxma təsdiqlənib ​​​​​​​Gürcüstanda son sutkada koronavirusa 1 941 yeni yoluxma faktı təsdiqlənib, 412 nəfər müalicə olunaraq sağalıb, 10 pasiyent isə vəfat edib.
Region
24 Oktyabr , 2020 11:21
Gürcüstanda koronavirusa 1 941 yeni yoluxma təsdiqlənib

Gürcüstanda son sutkada koronavirusa 1 941 yeni yoluxma faktı təsdiqlənib, 412 nəfər müalicə olunaraq sağalıb, 10 pasiyent isə vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 26 503-ə çatıb. Onların 10 163-ü sağalıb, 193-ü isə dünyasını dəyişib.

Karantin zonalarında 4 180, stasionar nəzarətdə isə 3 571 nəfər saxlanılır. 1 848 simptomsuz xəstə xüsusi otellərdə müalicə ilə təmin olunur.

Son xəbərlər

Orphus sistemi