Gürcüstanda Konstitusiya Məhkəməsinin mühafizəçisi virusa yoluxub

Gürcüstanda Konstitusiya Məhkəməsinin mühafizəçisi virusa yoluxub Gürcüstan üzrə 1 596 nəfər virusa yoluxub, 19 nəfər infeksiyanın qurbanı olub, 1 294 pasiyent isə sağalıb.
Region
131
5 Sentyabr , 2020 09:59
Gürcüstanda Konstitusiya Məhkəməsinin mühafizəçisi virusa yoluxub

Gürcüstanda Acarıstan Respublikasının paytaxtı Batumi şəhərində Konstitusiya Məhkəməsinin binasını mühafizə edən Dövlət Xüsusi Mühafizə Xidmətinin əməkdaşı koronavirusa yoluxublar.

“Report” “Sputnik Qruziya”ya istinadən xəbər verir ki, Konstitusiya Məhkəməsi Aparatının əməkdaşları koronavirus testindən keçirilir.

Məhkəmənin İctimaiyyətlə əlaqələr üzrə şöbəsinin müdiri Georgi Lomtadze bildirib ki, əməkdaşlar binanın xaricdən mühafizə etdiklərindən başqa əməkdaşlarla birbaşa təmasda olmayıblar. Bununla belə binada bir sıra profilaktiki tədbirlər görülüb.

Qeyd edək ki, Gürcüstan üzrə 1 596 nəfər virusa yoluxub, 19 nəfər infeksiyanın qurbanı olub, 1 294 pasiyent isə sağalıb.

Orphus sistemi