Gürcüstanda komendant saatının tətbiqi qüvvədə saxlanılıb

Gürcüstanda komendant saatının tətbiqi qüvvədə saxlanılıb Yaşlı şəxslərə evdə qalmaq tövsiyə edilib
Region
145
21 Aprel , 2021 15:17
Gürcüstanda komendant saatının tətbiqi qüvvədə saxlanılıb

Gürcüstanda saat 21:00-dan 05:00-dək tətbiq olunan komendant saatı qüvvədə saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurası qərar qəbul edib.

Şuranın toplantısında epidemioloji vəziyyətin pisləşməsi səbəbindən əlavə məhdudlaşdırıcı tədbirlər barədə qərar qəbul olunmayıb. Yaşlı şəxslərə evdə qalmaq tövsiyə edilib.

Ölkədə qoruyucu maskadan istifadə və sosial məsafənin saxlanılması tələblərinin yerinə yetirilməsinə nəzarət gücləndiriləcək. Şənbə-bazar günlərində kafe və restoranlar yalnız çatdırılma xidməti göstərməkdə davam edəcəklər.

Qeyd edək ki, Gürcüstanda komendant saatı ötən ilin noyabrından tətbiq edilir.

Son xəbərlər

Orphus sistemi