Gürcüstanda Ermənistan vətəndaşı saxlanılıb

Gürcüstanda Ermənistan vətəndaşı saxlanılıb Gürcüstanda Rusiya ilə sərhəddə yerləşən “Kazbeqi” gömrük-keçid məntəqəsində Ermənistan vətəndaşı saxlanılıb.
Region
25 İyun , 2019 15:52
Gürcüstanda Ermənistan vətəndaşı saxlanılıb

Gürcüstanda Rusiya ilə sərhəddə yerləşən “Kazbeqi” gömrük-keçid məntəqəsində Ermənistan vətəndaşı saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, 1977-ci il təvəllüdlü şəxsə məxsus “hoverboard”da 500 qram kokain narkotik vasitəsi aşkar olunub.

Ermənistan vətəndaşı Rusiyadan Ermənistana gedən avtobusun sərnişini olub.

Məlumata əsasən, avtobusda 50-yə yaxın Ermənistan vətəndaşı olub. Onlar Yerevana digər avtobusla yola salınıblar.

Faktla bağlı narkotik vasitələrin qanunsuz daşınması maddəsi üzrə cinayət işi açılıb. Ermənistan vətəndaşını 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. 

Son xəbərlər

Orphus sistemi