Bakı. 13 oktyabr. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisidə Ermənistan vətəndaşı, 1975-ci il təvəllüdlü Veniamin A. qanunsuz olaraq, böyük miqdarda narkotik maddə saxladığı üçün tutulub.
"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin
Məlumata görə, onun üzərindən 1,3492 q., heroin və 0,0507 q. amfetamin narkotik vasitəsi aşkar edilib.
Ermənistan vətəndaşı barəsində Cinayət Məcəlləsinin narkotik maddələrin qanunsuz əldə edilməsi və saxlanılması maddəsi ilə cinayət işi açılıb.