Gürcüstanda epidemioloji vəziyyət yaxşılaşır

Gürcüstanda epidemioloji vəziyyət yaxşılaşır “Bu gün Gürcüstanda epidemioloji vəziyyətin sakitləşməsi tendensiyası müşahidə olunur”.
Region
13 May , 2020 16:26
Gürcüstanda epidemioloji vəziyyət yaxşılaşır

“Bu gün Gürcüstanda epidemioloji vəziyyətin sakitləşməsi tendensiyası müşahidə olunur”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

O deyib ki, bu müsbət dinamika rahatlanmağa əsas verməməlidir: “Gürcüstan artıq koronavirusun daxili yayılmasının səkkizinci həftəsindədir. Yeni yoluxma hallarının sayı gündəlik olaraq azalır”.

Mərkəz rəhbəri qeyd edib ki, COVID-19-un yeni dalğası proqnoz edilir və buna görə də bütün sahələr üzrə tam hazırlıq tələb olunur.

Qeyd edək ki, indiyədək qonşu ölkədə koronavirusa 647 nəfər yoluxub. Onların 372-si sağalıb, 11-i isə ölüb.  

Son xəbərlər

Orphus sistemi