Gürcüstanda xarici ölkə vətəndaşlarının COVID-19 pasportu əsasında obyektlərə buraxılması ilə bağlı qaydaya dəyişiklik edilib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qərarı ölkənin Dövlət Qurumlarıarası Koordinasiya Şurası qəbul edib.
Qərara əsasən,
Həmin sənəd ya QR-kod, ya tam vaksinasiya kursunu təsdiqləyən sertifikat, ya da PCR testin mənfi nəticəsinə dair arayışdan ibarət ola bilər.
Qeyd edək ki, Gürcüstanda COVID-19 pasportlarının tətbiqinə dekabrın 1-dən başlanılıb. 18 yaşdan yuxarı ölkə vətəndaşları və əcnəbilər restoran, kafe, barlar, əyləncə mərkəzləri, teatr, kinoteatr, muzeylər, konsert zalları, kazino, spa və idman zalları, mehmanxana, dağ kurortlarında kanat yollarına yalnız bu sənəd əsasında buraxılır. Mağaza, supermarket, aptek və ictimai nəqliyyatda “yaşıl” pasport tələb edilmir.