Gürcüstanda COVID-19-a yoluxanların sayı 13 nəfər artıb

Gürcüstanda COVID-19-a yoluxanların sayı 13 nəfər artıb Gürcüstanda daha 13nəfərdə koronavirus aşkarlanıb, 5 pasiyent sağalıb.
Region
25 İyul , 2020 10:09
Gürcüstanda COVID-19-a yoluxanların sayı 13 nəfər artıb

Gürcüstanda daha 13 nəfərdə koronavirus aşkarlanıb, 5 pasiyent sağalıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da, qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 1 117-yə çatıb. Onların 917-si sağalıb, 16-sı isə dünyasını dəyişib. 184 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.

Hazırda Gürcüstan üzrə karantində saxlanılanların sayı 5 936, tibbi nəzarətdə olanların sayı isə 268 nəfər təşkil edir.

 

Son xəbərlər

Orphus sistemi