Gürcüstanda bəzi məhdudiyyətlər qüvvədə qalacaq
- 21 may, 2020
- 07:33
Yeniliklərdən dərhal xəbərdar olun!
“Gürcüstanda fövqəladə vəziyyət rejimi başa çatandan sonra koronavirusun yayılmasının qarşısını almaq üçün bəzi məhdudiyyətlərin tətbiqi davam etdiriləcək”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin Baş nazir Giorgi Qaxaria bildirib.
O deyib ki, qanunvericiliyə müvafiq dəyişikliklər edilməsi ilə bağlı hökumət parlamentə müraciət edib.
G.Qaxarianın sözlərinə görə, məhdudiyyətlər vətəndaşların sağlamlığının qorunması məqsədi ilə saxlanılacaq və fövqəladə vəziyyət elan edilmədən tətbiq ediləcək.
Qeyd edək ki, qonşu ölkədə fövqəladə vəziyyət rejimi sabah başa çatır. Gürcüstan parlamenti “İctimai sağlamlıq haqqında” qanuna dəyişikliklər layihəsinin müzakirəsinə başlayıb. Müxalifət qanun layihəsinə etiraz edir və sənədin ölkə Konstitusiyasına zidd olduğunu hesab edir.