Gürcüstanda azərbaycanlılar kəndin təcrid olunmasına etiraz ediblər

Gürcüstanda azərbaycanlılar kəndin təcrid olunmasına etiraz ediblər Gürcüstanın Qardabani rayonunun azərbaycanlılar yaşayan Qaracalar kəndinin sakinləri etiraz aksiyası keçiriblər.
Region
31 İyul , 2020 16:19
Gürcüstanda azərbaycanlılar kəndin təcrid olunmasına etiraz ediblər

Gürcüstanın Qardabani rayonunun azərbaycanlılar yaşayan Qaracalar kəndinin sakinləri etiraz aksiyası keçiriblər.

“Report”un yerli bürosu xəbər verir ki, onlar iyulun 24-dən kənddə tətbiq olunan sərt karantin rejiminin ləğvini tələb ediblər.

Sakinlər bildiriblər ki, kəndə giriş-çıxış bağlandığına görə iş yerləri və gəlirlərini itiriblər.

Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili etirazçılarla görüşüb və bildirib ki, Qaracalarda koronavirusun yayılmasının qarşısını almaq üçün sərt karantin tədbirlərinin həyata keçirilməsi zəruridir: “Kənddə kütləvi testləmə davam etdirilir. Tibbi müayinə başa çatandan sonra vəziyyət qiymətləndiriləcək və karantin rejimi ilə bağlı müvafiq qərar veriləcək. Hazırkı mərhələdə isə bu rejim ləğv oluna bilməz”.

Qubernator təəssüflə qeyd edib ki, kənddə koronavirusun mövcudluğuna inanmayanlar hələ də var.

Qeyd edək ki, indiyədək Qaracalar kəndində 37 nəfərdə COVID-19 aşkarlanıb. 

Son xəbərlər

Orphus sistemi