Gürcüstanda azərbaycanlı müəllimlər Aİ və NATO-ya inteqrasiya seminarında iştirak edəcəklər

Gürcüstanda azərbaycanlı müəllimlər Aİ və NATO-ya inteqrasiya seminarında iştirak edəcəklər Tbilisi. 6 dekabr. REPORT.AZ/ Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili ölkənin müxətlif bölgələrindən olan azərbaycanlı, eməni və digər milli azlıqların nümayəndələri ilə görüşüb.
Region
6 Dekabr , 2018 19:04
Gürcüstanda azərbaycanlı müəllimlər Aİ və NATO-ya inteqrasiya seminarında iştirak edəcəklər

Tbilisi. 6 dekabr. REPORT.AZ/ Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili ölkənin müxətlif bölgələrindən olan azərbaycanlı, eməni və digər milli azlıqların nümayəndələri ilə görüşüb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, görüş iştirakçılarına Gürcüstanın Avropa və avroatlantik strukturlara inteqrasiyası ilə bağlı məlumat təqdim olunub.

K.Tsixelaşvili etnik azlıqların icmalarında antiqərb təbliğatı ilə bağlı problemlərin olduğunu bildirib: “Biz NATO-nun Gürcüstandakı ofisi, Avropa İttifaqı və NATO İnformasiya Mərkəzi ilə birgə etnik azlıqların nümayəndələri ilə mütəmadi olaraq görüşlər keçirərək onlara Gürcüstanın Avropa və avroatlantik strukturlara inteqrasiyası barədə ətraflı məlumatlar təqdim edirik. Gürcüstanın hər bir vətəndaşının ölkənin bu sahədə əldə etdiyi nailiyyətlər barədə məlumatlı olması çox vacibdir”.

Görüşdə qeyd olunub ki, milli azlıqları təmsil edən müəllimlər üçün “NATO - sülhlü və sabit inkişaf üçün seçim” mövzusunda tədris seminarı təşkil olunacaq. Layihə çərçivəsində müəllimlərlə müxtəlif hökumət qurumlarında və diplomatlarla görüşlər keçiriləcək.

NATO-nun Gürcüstandakı ofisinin rəhbəri Rozaria Puqlis də görüşdə iştirak edib.

Son xəbərlər

Orphus sistemi