Gürcüstanda avtobusun aşması nəticəsində 20 nəfər yaralanıb

Gürcüstanda avtobusun aşması nəticəsində 20 nəfər yaralanıb Tbilisi. 1 iyul. REPORT.AZ/ Gürcüstanın Kaxeti bölgəsində turistləri aparan avtobusun aşması nəticəsində yaralananların sayı 20 nəfərə çatıb.
Region
1 İyul , 2018 17:35
Gürcüstanda avtobusun aşması nəticəsində 20 nəfər yaralanıb

Tbilisi. 1 iyul. REPORT.AZ/ Gürcüstanın Kaxeti bölgəsində turistləri aparan avtobusun aşması nəticəsində yaralananların sayı 20 nəfərə çatıb.

“Report”un Gürcüstan bürosunun məlumatına görə, Telavi bələdiyyəsi merinin müavini Aka Saçişvili jurnalistlərə bildirib ki, yaralılar Telavidə iki xəstəxanaya yerləşdiriliblər.

Yaralıların vəziyyəti orta ağır qiymətləndirilir. Turistlərin əksəriyyəti Belarus vətəndaşlarıdırlar. Onları aparan “Suzuki” markalı avtobus Qambori aşırımında, Tetritsklebi kəndi yaxınlığında aşıb. Turistlər Kaxetiyə gedirmişlər.

Bildirilib ki, bir neçə həftə əvvəl də həmin ərazidə başqa bir turist avtobusu qəzaya uğrayıb.

Aka Saçişvili deyib ki, qəzanın səbəbləri hələlik dəqiq məlum deyil:

“Amma onu deməliyəm ki, sürücülər bu yolun mürəkkəbliyini nəzərə almırlar”, - deyə, merin müavini vurğulayıb.

Gürcüstanın Daxili İşlər Nazirliyində faktla bağlı araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi