Gürcüstanda 7400-dən çox insan QİÇS daşıyıcısıdır

Gürcüstanda 7400-dən çox insan QİÇS daşıyıcısıdır Tbilisi. 4 fevral. REPORT.AZ/ Bu il yanvarın 28-nə olan məlumata əsasən, Gürcüstanda QİÇS-ə yoluxma ilə bağlı 19 yeni hal qeydə alınıb.
Region
4 Fevral , 2019 13:20
Gürcüstanda 7400-dən çox insan QİÇS daşıyıcısıdır
0 : 00
0 : 00

Tbilisi. 4 fevral. REPORT.AZ/ Bu il yanvarın 28-nə olan məlumata əsasən, Gürcüstanda QİÇS-ə yoluxma ilə bağlı 19 yeni hal qeydə alınıb.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın İnfeksiya patologiyası, QİÇS və Kliniki immunologiya üzrə Elmi-Praktik Mərkəzi məlumat yayıb.

Gürcüstanda, ümumilikdə, 7453 QİÇS-ə yoluxma halı qeydə alınıb. Xəstəliyə yoluxanların 5578 nəfəri kişi, 1875-si isə qadındır. Pasiyentlərin böyük əksəriyyətini 29-39 yaş qrupuna daxil olan insanlar təşkil edir. QİÇS 3969 xəstədə inkişaf edib, 1523 nəfər isə ölüb.

Dekabrın 31-nə olan məlumata əsasən, ölkədə 4597 nəfər QİÇS-dən müalicə olunur, onların 43-nü uşaqlar təşkil edir.

HİV infeksiyasına yoluxma hallarının 39,9%-i narkotik vasitələrdən istifadə, 57,6%-i isə cinsi əlaqə vasitəsilə yayılıb.

QİÇS-ə yoluxan şəxslərin böyük əksəriyyəti paytaxt Tbilisinin payına düşüb. Şəhərdə 2726 nəfər QİÇS daşıyıcısıdr ki, onların da 87-si xarici ölkə vətəndaşıdır.

Azərbaycanlıların yığcam yaşadığı Kvemo Kartli bölgəsində bu xətəliyə 385 nəfər yoluxub.

Son illər qonşu ölkədə QİÇS-ə yoluxma ilə bağlı yeni davamlı artım tendensiyası müşahidə edilir. Belə ki, 2015-cı ildə bu xəstəliyə 717, 2016-cı ildə 719, 2017-ci ildə 631, 2018-ci ildə isə 672 nəfər yoluxub. 

Son xəbərlər

Orphus sistemi