Gürcüstana qanunsuz yolla mobil telefonlar gətirən Azərbaycan vətəndaşları saxlanılıb

Gürcüstana qanunsuz yolla mobil telefonlar gətirən Azərbaycan vətəndaşları saxlanılıb Tbilisi. 9 oktyabr. REPORT.AZ/ Gürcüstana qanunsuz yolla külli miqdarda mobil telefonlar keçirməyə cəhd edən iki Azərbaycan vətəndaşı saxlanılıb.
Region
9 Oktyabr , 2018 23:53
Gürcüstana qanunsuz yolla mobil telefonlar gətirən Azərbaycan vətəndaşları saxlanılıb

Tbilisi. 9 oktyabr. REPORT.AZ/ Gürcüstana qanunsuz yolla külli miqdarda mobil telefonlar keçirməyə cəhd edən iki Azərbaycan vətəndaşı saxlanılıb.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə ölkənin Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Bildirilir ki, Tbilisi beynəlxalq hava limanında S.K. və A.X. adlı Azərbaycan vətəndaşlarından ümumi dəyəri 56,243.45 lari olan 31 ədəd bəyan edilməmiş mobil telefon aşkar olunub.

Faktla bağlı materiallar Maliyyə Nazirliyinin İstintaq Xidmətinə təqdim olunub.

Son xəbərlər

Orphus sistemi