Gürcüstana çox sayda qanunsuz mobil telefon və aksesuar keçirməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb
Region
- 18 dekabr, 2018
- 12:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Tbilisi. 18 dekabr.REPORT.AZ/ Tbilisi beynəlxalq hava limanında Gürcüstana mobil telefonlar və onun aksesuarlarını qanunsuz yolla keçirməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb.
“Report”un yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.
Ad-soyadı açıqlanmayan Azərbaycan vətəndaşının əl yükündə 19 ədəd mobil telefon, 15 ədəd mobil telefon qulaqcıqları, 11 ədəd USB kabel, 11 ədəd xarici akkumulyator (power bank), 2 ədəd "iPhone4" saatı və 6 ədəd ətir aşkar olunub.
Malların ümumi dəyəri 61 674.73 lari (23 127 dollar) təşkil edib.
Faktla bağlı materiallar Maliyyə Nazirliyinin İstintaq Xidmətinə təqdim olunub.
Son xəbərlər
05:44
Rusiya FHN-nin mobil tətbiqi kiberhücuma məruz qalıb
Region
05:08
Çin Afrikaya müasir silahların tədarükünü genişləndirir
Digər ölkələr
04:39
Serbiyada təkrar parlament seçkilərinin yekun nəticələri açıqlanıb
Digər ölkələr
04:13
İsrail Prezidenti partiya liderləri ilə məsləhətləşmələrə başlayacaq
Digər ölkələr
03:42
Ukrayna sakinlərinə nüvə təhlükəsi ilə bağlı bildiriş göndərilib
Digər ölkələr
03:27
Tramp: ABŞ Rusiya və Çinlə bağlı kəşfiyyat məlumatları toplayır
Digər ölkələr
02:30
Antonelli "Formula 1" tarixinin ən gənc çempionu olub
Formula 1
02:13
Pakistanın ən iri neft emalı şirkətlərinin mənfəəti 1 860 %-dən çox artıb
Energetika
01:50
Gyurov Bolqarıstanda prezident seçkilərində məğlubiyyətini etiraf edib - Yenilənib-2
Digər ölkələr