Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə tam (iki) doza peyvənd olunan Gürcüstan vətəndaşları cari il fevralın 15-dən etibarən Azərbaycana hava yolu ilə səfər edə bilirlər.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib.
Qeyd olunub ki, səfərə yollanacaq Gürcüstan vətəndaşları uçuşdan əvvəl 72 saat ərzində alınan COVID-19-a dair PCR testin neqativ nəticəsi haqqında çap olunmuş arayış təqdim etməlidirlər.
1–18 yaş arasında olan şəxslərə münasibətdə yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında (COVID-19 pasportu tələb olunmur) uçuşlarını həyata keçirə biləcəklər.
Bir yaşdan aşağı yaşı olan uşaqlar üçün PCR testi tələb edilmir. Uşağın yaşı gediş tarixinə əsasən hesablanır.