Gürcüstan rəsmiləri azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib

Gürcüstan rəsmiləri azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib "Novruz azərbaycanlıların ən əziz bayramı kimi Gürcüstanda da hər il geniş qed olunur"
Region
17 Mart , 2021 15:49
Gürcüstan rəsmiləri azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib
"Gürcüstan çoxmillətli ölkədir və bütün milli azlıqlar harmoniya şəklində birgə yaşayırlar".
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin müavini Lia Giqauri Tbilisidə keçirilən Novruz şənliyində deyib.
Onun sözlərinə görə, Novruz azərbaycanlıların ən əziz bayramı kimi Gürcüstanda da hər il geniş qed olunur: "Gürcüstanda bütün etnik azlıqlara öz mədəniyyətlərini yaşatmaları üçün şərait yaradılıb. Novruz bayramı şənliklərinə gürcülər də qoşulur və baharın gəlişini birgə qeyd edirlər".
L.Giqauri barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Tea Axvledianinin adından ölkə azərbaycanlılarını Novruz bayramı münasibətilə təbrik edib.
Daha sonra çıxış edən Gürcüstanın Xarici İşlər Nazirliyinin rəsmisi Vladimir Konstantinidi, parlamentin Diaspor və Qafqaz məsələləri üzrə Komitəsinin sədri Beka Odişariya, Tbilisi sakrebulosunun sədri Giorgi Tkemaladze, Tbilisi merinin müavini Andria Basilaya azərbaycanlı icmanı ən xoş arzularla Novruz bayramı münasibətilə təbrik ediblər

Son xəbərlər

Orphus sistemi