Gürcüstan prezidenti müxalifətin tələbini yerinə yetirmək üçün şərt qoydu

Gürcüstan prezidenti müxalifətin tələbini yerinə yetirmək üçün şərt qoydu Giorgi Rurua 2019-cu ilin noyabrında həbs olunub
Region
19 Aprel , 2021 16:22
Gürcüstan prezidenti müxalifətin tələbini yerinə yetirmək üçün şərt qoydu
Salome Zurabişvili

Gürcüstan prezidenti Salome Zurabişvili müxalifətçi Giorgi Ruruanı əfv etməyə hazır olduğunu açıqlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, o, bu barədə keçirdiyi xüsusi brifinqdə bildirib.

Dövlət başçısının şərtinə əsasən, müxalifətçi yalnız iqtidar və müxalifət arasında siyasi böhranın aradan qaldırılması ilə bağlı razılışmanın əldə olunmasından sonra azadlığa buraxıla bilər.

Qeyd edək ki, Gürcüstanın müxalif “Mtavari arxi” telekanalının təsisçilərindən biri, iş adamı G.Rurua 2019-cu ilin noyabrında odlu silahın qanunsuz əldə olunması və saxlanılması faktı ilə bağlı həbs olunub. O, ötən ilin iyulunda 4 il müddətinə azadlıqdan məhrum edilib. Gürcüstan müxalifəti G.Ruruanı siyasi məhbus adlandırıb və onun azadlığa buraxılmasını tələb edir.

Son xəbərlər

Orphus sistemi