Gürcüstan Prezidenti əcnəbi agentlər haqqında qanuna dəyişiklik etməyəcək

Gürcüstan Prezidenti əcnəbi agentlər haqqında qanuna dəyişiklik etməyəcək Gürcüstan Prezidenti Salome Zurabişvili parlamentin qəbul etdiyi formada "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə dəyişiklik etməyəcəyini bildirib.
Region
18 May , 2024 01:36
Gürcüstan Prezidenti əcnəbi agentlər haqqında qanuna dəyişiklik etməyəcək

Gürcüstan Prezidenti Salome Zurabişvili veto zamanı parlamentin qəbul etdiyi formada "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə dəyişiklik etməyəcəyini bildirib.

“Report” xəbər verir ki, bu barədə S.Zurabişvili Polşanın “TVP World” telekanalına müsahibəsində jurnalistin veto proseduru zamanı parlamentə prezident tərəfindən qanunun variantını təklif etməklə əldə edilə biləcək kompromisin olub-olmaması ilə bağlı sualına cavabında bildirib.

“Qanun layihəsinə düzəliş edilə bilməz, heç bir kiçik düzəliş yoxdur ki, birdən-birə anti-Avropa olan bu qanunu bizi Avropaya yaxınlaşdıracaq formada dəyişsin”, - Zurabişvili bildirib.

Zurabişvilinin sözlərinə görə, hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" Partiyasının Qanunu müstəqil və prezidentin vetosu olmadan dəyişdirmək imkanı var.

"Onu geri çağıra, dayandıra, özləri dəyişdirə bilərlər", - Zurabişvili deyib.

Son xəbərlər

Orphus sistemi