Gürcüstan parlamentinin sədri parlament müxalifətinə müraciət edib

Gürcüstan parlamentinin sədri parlament müxalifətinə müraciət edib Gürcüstan parlamentinin sədri Arçil Talakvadze qanunverici orqanda təmsil olunan müxalifəti normal siyasi prosesə qayıtmağa çağırıb.
Region
26 Noyabr , 2019 12:21
Gürcüstan parlamentinin sədri parlament müxalifətinə müraciət edib

Gürcüstan parlamentinin sədri Arçil Talakvadze qanunverici orqanda təmsil olunan müxalifəti normal siyasi prosesə qayıtmağa çağırıb.

“Report”un yerli bürosu xəbər verir ki, spiker bu müraciətlə büro iclasında çıxış edib.

A.Talakvadze bildirib ki, parlament müxalifəti arqumetlərini istənilən siyasi formatda səsləndirə bilər.

Hazırda parlamentin plenar iclası keçirilir. Müxalifət və tərəfdarları qanunverici orqanın ətrafında etiraz aksiyası keçirir.

Qeyd edək ki, ötən gün parlamentdə təmsil olunan müxalif və bitərəf deputatlar qanunverici orqanın plenar iclaslarını boykot ediblər.

Son xəbərlər

Orphus sistemi