Gürcüstan parlamentinin sədri Novruzla bağlı təbrik ünvanlayıb

Gürcüstan parlamentinin sədri Novruzla bağlı təbrik ünvanlayıb “Novruz bayramını qeyd edən bütün həmvətəndaşlarımızı təbrik edirəm. Bu bayram baharın gəlişini simvolizə edir”.
Region
21 Mart , 2022 15:51
Gürcüstan parlamentinin sədri Novruzla bağlı təbrik ünvanlayıb

“Novruz bayramını qeyd edən bütün həmvətəndaşlarımızı təbrik edirəm. Bu bayram baharın gəlişini simvolizə edir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Marneulidə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bayram qarlı havada qeyd edilsə də, bu, çox maraqlıdır və rəmzi məna daşıyır: “Bayram münasibətilə hamını təbrik edirəm, ailələrə xoşbəxtlik və firəvan həyat arzulayıram”.

Parlamentin Regional siyasət komitəsinin sədri Sozar Subari də Novruz bayramı münasibətilə təbriklərini çatdırıb. O, jurnalistlərə açıqlamasında deyib ki, bu bayram Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərində vurğulanıb və iki min ildən çox tarixə malikdir: “Bu ənənə bu gün də davam edir. Novruzu Ukraynada müharibənin getdiyi bir dövrdə bayram edirik. Buna baxmayaraq, bu bayramın özünəməxsus sevinci var. Xalqımıza və bütün dünyaya sülh diləyirəm”.

Son xəbərlər

Orphus sistemi