Gürcüstan parlamentində mübahisə olub, beynəlxalq tədbir yarımçıq qalıb

Gürcüstan parlamentində mübahisə olub, beynəlxalq tədbir yarımçıq qalıb Gürcüstan parlamentində keçirilən Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) 26-cı Baş Assambleyasında mübahisə yaranıb.
Region
20 İyun , 2019 13:34
Gürcüstan parlamentində mübahisə olub, beynəlxalq tədbir yarımçıq qalıb

Gürcüstan parlamentində keçirilən Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) 26-cı Baş Assambleyasında mübahisə yaranıb.

“Report”un yerli bürosu xəbər verir ki, buna səbəb PPA-nın prezidenti, Rusiya Dumasının deputatı Sergey Qavrilovun Gürcüstan parlament spikerinin kürsüsündə əyləşərək toplantıya sədrlik etməsi olub.

Müxalifət partiyalarının nümayəndələri bunu Gürcüstan dövləti və xalqına qarşı təhqir olduğunu bildiriblər. Onların sözlərinə görə, işğalçı Rusiya Gürcüstandakı toplantıya sədrlik edə bilməz.

Parlamentin müxalif Vahid Milli Hərəkat Partiyasından olan deputatı Salome Samadaşvili deyib ki, hakimiyyət rusiyalı deputatı ölkəyə buraxmamalı idi.

Qanunverici orqanda mübahisə fonunda Rusiya əleyhinə şüarlar səsləndirilib.

Gürcü Arzusu fraksiyanın sədri Mamuma Mdinaradze bildirib ki, S.Qavrilovun spikerin kreslosunda əyləşməsi razılaşdırılmayıb. O, PPA-nın Assambleyasının toplantısının dayandırıldığını deyib. Onun sözlərinə görə, tədbir sabah başqa yerdə davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi