Gürcüstan parlamentində yeni hökumətə etimad məsələsinin müzakirə olunduğu iclasda gərginlik yaranıb.
“Report”un yerli bürosu xəbər verir ki, Vahid Milli Hərəkat Partiyasının (VMHP) liderlərindən biri Nika Melia hökuməti sərt tənqid edib.
Onun çıxışı hakim Gürcü Arzusu Partiyasının deputatlarının narazılığına səbəb olub.
N.Melianın çıxışı başa çatdıqdan sonra VMHP fraksiyası yeni hökumətin tərkibinə etiraz əlaməti olaraq iclas zalını tərk edib.
Öncə müxalif Avropalı Gürcüstan Partiyasından olan deputatlar da parlamentin bugünkü iclasını boykot edib.
Qanunverici orqanın plenar iclası müxalifət nümayəndələrinin iştirakı olmadan davam etdirilir.