Gürcüstan MSK-ya yeni sədr seçilib

Gürcüstan MSK-ya yeni sədr seçilib Gürcüstan parlamentinin növbədənkənar iclasında ölkənin Mərkəzi Seçki Komissiyasına (MSK) yeni sədr seçilib.
Region
2 Avqust , 2021 14:24
Gürcüstan MSK-ya yeni sədr seçilib
Giorgi Kalandarişvili

Gürcüstan parlamentinin növbədənkənar iclasında ölkənin Mərkəzi Seçki Komissiyasına (MSK) yeni sədr seçilib.

“Report”un yerli bürosu xəbər verir ki, dördüncü səsvermə zamanı Giorgi Kalandarişvilinin namizədliyini 83 deputat dəstəkləyib, 3-ü əleyhinə səs verib.

Yeni sədr MSK-ya növbəti 6 ay ərzində rəhbərlik edəcək.

G.Kalandarişvilinin 5 il müddətinə seçilməsi üçün ən azı 100 səs tələb olunub.

Qeyd edək ki, MSK-nın sabiq sədri Tamar Jvaniya bu ilin iyunun 30-da istefa verib.

Son xəbərlər

Orphus sistemi