“Gürcüstan” Partiyası 2024-cü il oktyabrın 26-da keçiriləcək parlament seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçən ilk siyasi təşkilat olub.
"Report" yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatında deyilir.
Məlumata görə, iki siyasi təşkilat - Giorgi Liluaşvilinin "Gürcüstan" partiyası və Giorgi Tumanişvilinin "Üçüncü yol" partiyası seçkilərdə iştirak etmək üçün ərizə verib. İkincisinin qeydiyyatı rədd edilib.
Qeyd edək ki, bu, Gürcüstanda tam proporsional sistemlə keçiriləcək ilk seçki olacaq ki, bu da parlamentdə 150 yerin partiyalara səsvermə əsasında doldurulması deməkdir. Eyni zamanda partiya yalnız ən azı 5 faiz səs toplayaraq parlamentə daxil ola biləcək.