Gürcüstan Milli Bankı uçot dərəcəsini azaldıb

Region
  • 24 iyun, 2020
  • 09:46
Gürcüstan Milli Bankı uçot dərəcəsini azaldıb
Gürcüstan Milli Bankı

Gürcüstan Milli Bankı uçot dərəcəsini 0,25% azaldaraq 8,25% səviyyəsində təsdiqləyib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə bankdan bildirilib.

Qeyd olunub ki, may ayında Gürcüstanda illik inflyasiya 6,5% təşkil edib. Milli Bankın proqnozuna əsasən, inflyasiya ilin qalan dövründə tədricən azalmaqda davam edəcək və 2021-ci ilin birinci yarısında hədəf səviyyəsinə çatacaq.

Bank iqtisadiyyatda və maliyyə bazarlarında baş verən prosesləri izləməkdə davam edəcəyini və qiymət sabitliyini təmin etmək üçün bütün vasitələrdən istifadə edəcəyini bildirib.