Gürcüstan hökuməti azərbaycanlı tələbələrə dövlət qrantı təklif edib

Gürcüstan hökuməti azərbaycanlı tələbələrə dövlət qrantı təklif edib Gürcüstanda ali və peşə təhsili müəssisələrinə qəbul olan bəzi tələbələr təhsil üçün dövlət qrantı ala biləcəklər.
Region
7 Sentyabr , 2020 18:39
Gürcüstan hökuməti azərbaycanlı tələbələrə dövlət qrantı təklif edib
Nunu Mitskeviç

Gürcüstanda ali və peşə təhsili müəssisələrinə qəbul olan bəzi tələbələr təhsil üçün dövlət qrantı ala biləcəklər.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin təhsil nazirinin müavini Nunu Mitskeviç bildirib.

Onun sözlərinə görə, bu il ilk dəfə olaraq sosial proqramla bağlı qeydiyyat yalnız onlayn qaydada socreg.mes.gov.ge  elektron portalında aparılacaq: “Müraciətlərin qəbuluna bu gündən başlanılıb və proses sentyabrın 28-dək davam edəcək. Qeydiyyat üzrə təlimat və tələb olunan sənədlər barədə məlumat Nazirliyin saytında yerləşdirilib”.

Nazir müavini deyib ki, proqramla vahid milli imtahanlar üzrə universitetlər və peşə məktəblərinə qəbul olan tələbələrin təhsilinin dövlət tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulub: “13 kateqoriyaya aid olan tələbələrə dövlət qrantı əldə etmək imkanı yaradılıb. Bu kateqoriyalardan birinə tədrisi Azərbaycan dilində olan məktəblərin məzunları daxildir”.    

Son xəbərlər

Orphus sistemi