“Gürcüstan Hava Yolları” satışa çıxarılıb

“Gürcüstan Hava Yolları” satışa çıxarılıb Gürcüstanın ən iri aviaşirkəti – “Gürcüstan Hava Yolları” satışa çıxarılıb.
Region
17 Yanvar , 2022 20:37
“Gürcüstan Hava Yolları” satışa çıxarılıb

Gürcüstanın ən iri aviaşirkəti – “Gürcüstan Hava Yolları” satışa çıxarılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə aviadaşıyıcının keçmiş baş direktoru, “Georgia Business Brokerage” broker şirkətinin rəhbəri Roman Bokeriya bildirib.

O, şirkətin 150 milyon ABŞ dollarına satıldığını deyib.

R.Bokeriya qeyd edib ki, qanunvericiliyə əsasən, xarici fiziki və yaxud hüquqi şəxs şirkətin səhmlərinin yalnız 49 %-nə sahiblənə bilər. O hesab edir ki, investorların şirkətə etibarının artırılması məqsədilə hökumət səhmlərin kiçik hissəsini ala bilər.

Qeyd edək ki, 1993-cü ildə yaradılmış “Gürcüstan Hava Yolları” şirkəti (keçmiş “Airzena”) bu yaxınlarda müflis elan olunub. Özəl aviaşirkətin 16 min fərdi şəxs və 70-dən çox şirkət qarşısında 176 milyon lari (57,1 milyon ABŞ dolları) məbləğində borcu yığılıb. Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə “Gürcüstan Hava Yolları” reabilitasiya mərhələsinə keçib.

Son xəbərlər

Orphus sistemi