Gürcüstan əhalisi artıb

Gürcüstan əhalisi artıb Bu ilin yanvarın 1-nə olan məlumata görə, Gürcüstan əhalisinin sayı 3 mln. 728,6 min nəfər təşkil edir
Region
108
29 Aprel , 2021 11:32
Gürcüstan əhalisi artıb

Bu ilin yanvarın 1-nə olan məlumata görə, Gürcüstan əhalisinin sayı 3 mln. 728,6 min nəfər təşkil edir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Sənədə əsasən, illik müqayisədə əhalinin sayı 11,7 min nəfər və yaxud 0,3% artıb.

Qonşu ölkə əhalisinin 1 milyon 796,2 min nəfəri kişilər, 1 milyon 932,4 min nəfəri isə qadınlardan ibarətdir.

Azərbaycanlıların kompakt yaşadıqları Kvemo Kartli (Borçalı) bölgəsində isə əhalinin sayı 437,3 min nəfərdir ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 3,1 min nəfər çoxdur.

Son xəbərlər

Orphus sistemi