Gürcüstan azərbaycanlıları Saakaşvilini Allahla müqayisə edən kanal direktorundan üzr tələb edirlər

Gürcüstan azərbaycanlıları Saakaşvilini Allahla müqayisə edən kanal direktorundan üzr tələb edirlər Gürcüstanın müxalif “Mtavari” televiziya kanalının baş direktoru Nika Qvaramiyanın sözləri ölkənin müsəlman icmasının narazılıqlarına səbəb olub.
Region
937
12 Yanvar , 2021 16:11
Gürcüstan azərbaycanlıları Saakaşvilini Allahla müqayisə edən kanal direktorundan üzr tələb edirlər
Nika Qvaramiya

Gürcüstanın müxalif “Mtavari” televiziya kanalının baş direktoru Nika Qvaramiyanın sözləri ölkənin müsəlman icmasının narazılıqlarına səbəb olub.

“Report”un yerli bürosu xəbər verir ki, Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin siyasətdən getməsi barədə ötən gün yaydığı açıq məktubu şərh edən N.Qvaramiya uğursuz müqayisə aparıb.

“Yarızarafta deyim ki, praktiki olaraq yazılıb ki, Saakaşvili Allah, Qvaramiya isə onun rəsulu Məhəmməddir”, - o, kanalın efirində söyləyib.

Gürcüstan azərbaycanlıları kanal rəhbərinin bu sözlərinə hiddətləniblər. Onlar N.Qvaramiyanın ölkə müsəlmanlarından üzr istəməsini tələb edirlər.

Parlamentin sabiq azərbaycanlı deputatı Ruslan Hacıyev də N.Qvaramiyanın sözlərini qətiyyətlə pisləyib. O, bu cür müqayisənin qəbuledilməz olduğunu qeyd edərək kanal direktorunu müsəlmanlardan üzr istəməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi