"Gürcü Arzusu": Heç kim Gürcüstanı məhvedici müharibəyə sürükləyə bilməz

"Gürcü Arzusu": Heç kim Gürcüstanı məhvedici müharibəyə sürükləyə bilməz Heç kim Gürcüstan hökumətini hər hansı sanksiyalar hesabına ölkəni məhvedici müharibəyə sürükləməyə məcbur edə bilməz.
Region
8 Yanvar , 2025 12:30
Gürcü Arzusu: Heç kim Gürcüstanı məhvedici müharibəyə sürükləyə bilməz

Heç kim Gürcüstan hökumətini hər hansı sanksiyalar hesabına ölkəni məhvedici müharibəyə sürükləməyə məcbur edə bilməz.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə hakim "Gürcü Arzusu" partiyasının Siyasi Şurasının bəyanatında qeyd olunub.

Siyasi Şura Avropa Parlamenti tərəfindən ölkəyə qarşı irəli sürülən tələbləri kəskin şəkildə tənqid edib. Bəyanatda vurğulanıb ki, Avropa Parlamenti indiyədək qəbul etdiyi beş qətnamədə Gürcüstana qarşı “ağır və qeyri-real tələblər” irəli sürüb. Bu qətnamələrdə Bidzina İvanişvilinin sanksiyalara məruz qalması, keçmiş prezident Mixail Saakaşvilinin azad edilməsi, LGBT təbliğatına qarşı qanunların ləğv edilməsi və digər məsələlər əks olunub.

"Sonuncu qətnamədə Gürcüstan iqtisadiyyatının zəiflədilməsi və Rusiyaya qarşı sanksiyalar tətbiq edilməsi tələb olunub. Avropa Parlamenti altıncı qətnamədə Gürcüstandan açıq şəkildə Rusiya ilə müharibəyə başlamağı tələb edə bilər. Bu tendensiya davam edərsə, Avropa Parlamenti növbəti mərhələdə Gürcüstanı birbaşa Rusiya ilə müharibəyə sürükləmək istəyə bilər. Biz Gürcüstanı 12 illik sülh dövrünə çatdırmışıq və belə tələblər Gürcüstan xalqının mənafeyinə ziddir", - deyə bəyanatda qeyd olunub.

Həmçinin, Avropa Parlamenti tərəfindən tətbiq olunan sanksiyaların əsassız olduğu vurğulanıb:

“Bidzina İvanişviliyə qarşı tətbiq olunan sanksiyalar Gürcüstanda demokratik idarəçiliyin bərpası və 12 illik sülhə görədir. Bu, obyektiv deyil".

Qeyd edək ki, sözügedən bəyanatda “dərin dövlət” adlandırılan qüvvələr də tənqid edilir və Gürcüstan cəmiyyətinin bu məsələləri düzgün ayırd etdiyi vurğulanır.

Son xəbərlər

Orphus sistemi