Güclü qar ​İstanbulda 116 təyyarə reysinin təxirə salınmasına səbəb olub

Güclü qar ​İstanbulda 116 təyyarə reysinin təxirə salınmasına səbəb olub Sərnişinlərə əlavə məlumatı şirkətin informasiya mərkəzindən almaları məsləhət görülüb
Region
26 Yanvar , 2016 11:03
Güclü qar ​İstanbulda 116 təyyarə reysinin təxirə salınmasına səbəb olub

Bakı. 26 yanvar. REPORT.AZ/ "Türk Hava Yolları" Atatürk və Sabiha Gökçen hava limanlarından yanvarın 26 və 27-nə planlaşdırılan 116 daxili və xarici uçuş reysini təxirə salıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Sərnişinlərə əlavə məlumatı şirkətin informasiya mərkəzindən almaları məsləhət görülüb.

Məlumata görə, İstanbula yağan güclü qar təyyarə reyslərinin təxirə salınmasına səbəb olub.

Xəbərdə bildirilib ki, qar yanvarın 26-sı axşam saatlarınadək davam edəcək, havanın temperaturu 2 dərəcə şaxtayadək enəcək. Yanvarın 27-də isə havaların isinəcəyi gözlənilir. 

Son xəbərlər

Orphus sistemi