Fransa və Rusiya prezidentləri arasında telefon danışığı olub

Fransa və Rusiya prezidentləri arasında telefon danışığı olub Bakı. 13 aprel. REPORT.AZ/ Fransa prezidenti Emmanuel Makronla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
Region
13 Aprel , 2018 16:42
Fransa və Rusiya prezidentləri arasında telefon danışığı olub

Bakı. 13 aprel. REPORT.AZ/ Fransa prezidenti Emmanuel Makronla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, prezidentlər Suriyadakı vəziyyəti müzakirə ediblər.

Xatırladaq ki, aprelin 8-də müxalifət qüvvələrinin nəzarəti altında olan Şərqi Guta bölgəsindəki Duma rayonunda kimyəvi silahdan istifadə edilib. Kimyəvi hücum nəticəsində 75 nəfər ölüb, 1000-dən çox adam zəhərlənib. Zərərçəkənlərin çoxunun körpə və azyaşlı uşaqlar olduğu bildirilib.

ABŞ başda olmaqla Qərb dövlətləri bu cinayəti Bəşşar Əsəd rejiminin törətdiyini bəyan ediblər. Donald Tramp bu hava zərbəsinin cavabsız qalmayacağını bildirib.

Son xəbərlər

Orphus sistemi