“Türkiyə Qəzza böhranının həllində Fələstinin tərəfini tutacaq və beynəlxalq arenada tək qalsa belə bu siyasəti davam etdirəcək”.
“Report” “NTV” telekanalına istinadən xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının kommunikasiya şöbəsinin rəhbəri Fəxrəddin Altun deyib.
“Tək qalsaq belə, Fələstin işini davam etdirəcəyik”-deyə, o qeyd edib.
Onun sözlərinə görə, Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Cozef Bayden cümə axşamı axşam telefon danışığında Qəzzada nizamlanma məsələsini müzakirə ediblər. Ərdoğanın sözçüsü bildirib ki, telefon danışığı bir saat davam edib və ABŞ prezidentinin təşəbbüsü ilə baş tutub.
Altun, həmçinin Qərb ölkələrini və BMT-ni tənqid edib: “BMT bu faciənin qarşısını ala bilmir, atmalı olduğu addımları atmır. Biz bu strukturun fəaliyyət göstərmədiyini gördük”.