Fatma Ceren Yazqan: Türkiyə-Gürcüstan-Azərbaycan əməkdaşlığına qarşı cəhd nəticəsizdir

Fatma Ceren Yazqan: Türkiyə-Gürcüstan-Azərbaycan əməkdaşlığına qarşı cəhd nəticəsizdir “Türkiyə-Gürcüstan strateji tərəfdaşlığı, həmçinin Türkiyə-Gürcüstan-Azərbaycan əməkdaşlığına hədəflənən dezinformasiya cəhdləri nəticəsizdir”.
Region
24 Dekabr , 2020 01:57
Fatma Ceren Yazqan: Türkiyə-Gürcüstan-Azərbaycan əməkdaşlığına qarşı cəhd nəticəsizdir
Fatma Ceren Yazqan

“Türkiyə-Gürcüstan strateji tərəfdaşlığı, həmçinin Türkiyə-Gürcüstan-Azərbaycan əməkdaşlığına hədəflənən dezinformasiya cəhdləri nəticəsizdir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan tvitterdəki hesabında yazıb.

Xatırladaq ki, Türkiyə səfiri dünən Gürcüstanın Xarici İşlər Nazirliyinə çağırılıb. Buna səbəb Türkiyənin iri banklarının Gürcüstanın işğal altında olan Abxaziya bölgəsində “World” kartlarının sahiblərinə xidmət göstərmələri barədə yayılan informasiyalar olub. F.C.Yazqan bu məlumatları yalan və dəqiqləşdirilməmiş adlandırıb.

Son xəbərlər

Orphus sistemi