“Euronews”: Azərbaycan-Ermənistan münaqişəsi Gürcüstanda sabitliyin möhkəmləndirilməsini zəruri etdi

“Euronews”: Azərbaycan-Ermənistan münaqişəsi Gürcüstanda sabitliyin möhkəmləndirilməsini zəruri etdi Həmmüəlliflər siyasi böhranın aradan qaldırılmasını Gürcüstan, gürcü xalqı və Aİ üçün qələbə kimi qiymətləndiriblər
Region
150
19 May , 2021 16:15
“Euronews”: Azərbaycan-Ermənistan münaqişəsi Gürcüstanda sabitliyin möhkəmləndirilməsini zəruri etdi
Şarl Mişel və Salome Zurabişvili

“2020-ci ilin payızında Ermənistan və Azərbaycan arasında bərpa olunan münaqişəyə görə bölgədəki sabitlik təhlükə ilə üzləşdiyindən Gürcüstanda demokratiya və sabitliyin möhkəmləndirilməsi zəruri oldu”.

“Report”un yerli bürosu xəbər verir ki, bu fikirlər Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel və Gürcüstan prezidenti Salome Zurabişvilinin “Euronews” saytında dərc olunan bigə məqaləsində yer alıb.

“Gürcüstanın gələcəyi Avropadır” (Georgia's future is European) başlıqlı yazıda bu ilin əvvəlində Gürcüstanda siyasi baxımdan çıxılmaz vəziyyətin yarandığı və gizli qütbləşmənin hakim və müxalifət partiyalarını bir-birinə qarşı qoyduğu qeyd olunub.

“Gürcüstan prezidentinin tam dəstəyi ilə Avropa Şurası prezidenti siyasi dialoq üçün Aİ-nin vasitəçiliyini təklif etdi. Biz – Gürcüsan prezidenti və Avropa Şurasının prezidenti hakim və müxalifət partiyalarının sazişi razılaşdırması və imzalaması ilə bağlı böyük məmnuniyyətimizi ifadə etmək istərdik”, - məqalədə yazılıb.

Həmmüəlliflər siyasi böhranın aradan qaldırılmasını Gürcüstan, gürcü xalqı və Aİ üçün qələbə kimi qiymətləndiriblər.

Yazıda vurğulanıb ki, Aİ bölgədə sabit və qətiyyətli Avropameyilli tərəfdaşı olan Gürcüstana etibar edə bilər: “Regional mənzərənin dəyişdiyi dövrdə Gürcüstan Aİ üçün hər zamankından daha vacib önəm kəsb edir”.

Son xəbərlər

Orphus sistemi