Estoniyada Rusiya vətəndaşlarının səsvermə hüququndan məhrum edilməsi təklif olunub

Estoniyada Rusiya vətəndaşlarının səsvermə hüququndan məhrum edilməsi təklif olunub Estoniya parlamentində üçüncü ölkələrin, o cümlədən Rusiya vətəndaşlarını və vətəndaşlığı olmayan şəxsləri yerli özünüidarətmə orqanlarına seçkilərdə səsvermə hüququndan məhrum etmək məqsədilə ölkə konstitusiyasına dəyişiklik edilməsi təklif edilib.
Region
22 Oktyabr , 2024 13:27
Estoniyada Rusiya vətəndaşlarının səsvermə hüququndan məhrum edilməsi təklif olunub

Estoniya parlamentində üçüncü ölkələrin, o cümlədən Rusiya vətəndaşlarını və vətəndaşlığı olmayan şəxsləri yerli özünüidarətmə orqanlarına seçkilərdə səsvermə hüququndan məhrum etmək məqsədilə ölkə konstitusiyasına dəyişiklik edilməsi təklif edilib.

"Report" bu barədə Estoniya KİV-ə istinadən xəbər verir.

Konstitusiyaya müvafiq dəyişikliyin edilməsi təşəbbüsü müxalifəti təmsil edən “İsamaa” partiyası tərəfindən irəli sürülüb.

Estoniya Konstitusiyasına əsasən, 16 yaşdan yuxarı bütün yerli sakinlər, o cümlədən digər Aİ ölkələrinin vətəndaşları, üçüncü ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslərin bələdiyyə seçkilərində səs vermək hüququ var. Eyni zamanda, yalnız Estoniya və digər Aİ ölkələrinin vətəndaşları yerli özünüidarəetmə orqanlarına namizədliklərini irəli sürə bilərlər.

Son xəbərlər

Orphus sistemi