Ermənistana yeni müdafiə naziri təyin edilib - YENİLƏNİB

Ermənistana yeni müdafiə naziri təyin edilib - YENİLƏNİB Ermənistanın Baş naziri Nikol Paşinyan Prezident Armen Sarkisyana müdafiə naziri vəzifəsinə Arşak Karapetyanın təyin olunmasını təklif edib.
Region
2 Avqust , 2021 16:05
Ermənistana yeni müdafiə naziri təyin edilib - YENİLƏNİB
0 : 00
0 : 00

Ermənistan Prezdenti Armen Sarkisyan ölkəyə yeni müdafiə nazirinin təyin olunması haqqında sərəncam imzalayıb.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, sərəncama əsasən, general-mayor Arşak Karapetyan müdafiə naziri təyin edilib.

15:40

Ermənistanın Baş naziri Nikol Paşinyan Prezident Armen Sarkisyana müdafiə naziri vəzifəsinə Arşak Karapetyanın təyin olunmasını təklif edib.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Prezidentinin Mətbuat xidməti yayıb.

N.Paşinyan ərazi inkişaf və infrastruktur naziri səlahiyyətlərini icra edən Suren Papikyanın Baş nazirin müavini vəzifəsinə, Romanos Petrosyanın isə ətraf mühitin mühafizəsi naziri təyin olunmasını təklif edib.

Qeyd edək ki, Arşak Karapetyan avqustun 2-də Ermənistan müdafiə nazirinin birinci müavini vəzifəsindən azad olunub.

Son xəbərlər

Orphus sistemi