Ermənistanın rüşvətxorluqda təqsirləndirilən keçmiş təbiəti mühafizə naziri axtarışa verilib

Ermənistanın rüşvətxorluqda təqsirləndirilən keçmiş təbiəti mühafizə naziri axtarışa verilib Bakı. 18 yanvar. REPORT.AZ/ Ermənistanın keçmiş təbiəti mühafizə naziri Aram Arutyunyan barəsində axtarış elan edilib.
Region
18 Yanvar , 2019 11:14
Ermənistanın rüşvətxorluqda təqsirləndirilən keçmiş təbiəti mühafizə naziri axtarışa verilib
0 : 00
0 : 00

Bakı. 18 yanvar. REPORT.AZ/ Ermənistanın keçmiş təbiəti mühafizə naziri Aram Arutyunyan barəsində axtarış elan edilib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Xüsusi İstintaq Xidmətindən bildiriblər. 

Keçmiş nazir böyük məbləğdə rüşvət almaqda ittiham olunur. O, 2007-ci ildə sahibkar Silva Ambartsumyana 10 xüsusi lisenziya verərək, ondan 14 milyon dollar rüşvət tələb edib. Sahibkar bu məbləğin 6 milyon dollarını tanışları vasitəsi ilə nəğd şəkildə verib. 

S.Ambartsumyan qalan 8 milyon dolları isə Aram Artyunyanın Birləşmiş Ərəb Əmirliyindək qohumlarının hesabına köçürüb. Sabiq nazir aldığı rüşvətin real mənbəyini gizlətmək üçün daha sonra həmin məbləği İsveçrədəki bank hesabına ötürüb.

Hazırda A.Arutyunyan axtarışdadır. Yerevanın Ümumi Məhkəməsi onun barəsində qiyabi olaraq həbs qətiimkan tədbiri seçib. 

Son xəbərlər

Orphus sistemi