Ermənistanın keçmiş müdafiə nazirinin ölkəni tərk etməsinə qadağa qoyulub

Ermənistanın keçmiş müdafiə nazirinin ölkəni tərk etməsinə qadağa qoyulub Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın ölkədən çıxşına qadağa qoyulub.
Region
26 Oktyabr , 2021 17:13
Ermənistanın keçmiş müdafiə nazirinin ölkəni tərk etməsinə qadağa qoyulub
David Tonoyan

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın ölkədən çıxşına qadağa qoyulub.

“Report” “Aysor”a istinadən xəbər verir ki, bu barədə D.Tonoyanın vəkili Sergey Ohanesyan bildirib.

Onun sözlərinə görə, David Tonoyanın qohumları ilə görüşü, telefon danışıqları da məhdudlaşdırılıb.

Vəkil həmçinin bildirib ki, Milli Təhlükəsizlik Xidmətinin qərarına əsasən, D.Tonoyanın ittiham olunduğu vaxtı keçmiş və keyfiyyətsiz partlayıcı maddələr ekspertizadan keçirilməyəcək.

Qeyd edək ki, keçmiş müdafiə naziri vaxtı keçmiş və keyfiyyətsiz partlayıcı maddələrlə bağlı ittiham olunur.

Son xəbərlər

Orphus sistemi