Paşinyanın Gürcüstana səfəri başlayıb

Paşinyanın Gürcüstana səfəri başlayıb Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Gürcüstana işgüzar səfər edəcək.
Region
20 Dekabr , 2021 13:57
Paşinyanın Gürcüstana səfəri başlayıb

Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstanda səfərdədir.

“Report”un yerli bürosu xəbər verir ki, onu Tbilisi Beynəlxalq Hava Limanında Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani qarşılayıb.

N.Paşinyan işgüzar səfər çərçivəsində gürcü həmkarı İrakli Qaribaşvili ilə təkbətək görüşəcək. Daha sonra onların sədrliyi ilə Gürcüstan və Ermənistan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 11-ci iclası keçiriləcək.

11:27

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Gürcüstana işgüzar səfər edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin Mətbuat Xidmətindən bildirilib.

Məlumata əsasən, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili erməni həmkarı ilə təkbətək görüş keçirəcək.

Görüşdən sonra baş nazirlərin sədrliyi altında Gürcüstan və Ermənistan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçiriləcək.

Toplantıda hökumət üzvləri və müvafiq dövlət qurumlarının nümayəndələri iştirak edəcəklər.

Son xəbərlər

Orphus sistemi