Ermənistanın baş naziri: Azərbaycanla delimitasiya Tavuş vilayətindən başlayacaq

Ermənistanın baş naziri: Azərbaycanla delimitasiya Tavuş vilayətindən başlayacaq Azərbaycanla Ermənistan arasında sərhədin delmitasiyası Tavuş vilayətindən başlayacaq.
Region
12 Mart , 2024 12:50
Ermənistanın baş naziri: Azərbaycanla delimitasiya Tavuş vilayətindən başlayacaq

Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası Tavuş vilayətindən başlayacaq.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

O, yaxın günlərdə Tavuşa gedəcəyini və vəziyyəti yerində öyrənəcəyini də qeyd edib.

N.Paşinyan deyib ki, delimitasiyaya başlamaq üçün vəziyyət bütövlükdə təhlil olunmalıdır: “Danışıqların gedişindən ərazi mübadiləsi edə biləcəyimiz təəssüratı yaranıb. Mənə elə gəlir ki, belə ehtimal çox azdır“.

Son xəbərlər

Orphus sistemi