Paşinyan: Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı referendum keçirilməlidir - YENİLƏNİB

Paşinyan: Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı referendum keçirilməlidir - YENİLƏNİB Ermənistan Avropa İttifaqına (Aİ) daxil olma prosesinin başlandığını elan edir.
Region
9 Yanvar , 2025 11:30
Paşinyan: Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı referendum keçirilməlidir - YENİLƏNİB

Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyü məsələsi ümumxalq referendumunun keçirilməsi yolu ilə həll edilməlidir.

“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan Ermənistanın Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qanun layihəsinin müzakirə olunduğu hökumət iclasında bildirib.

"Ermənistanın Aİ-yə daxil olmaq niyyəti ümumxalq referendumunun keçirilməsi yolu ilə təsdiqlənməlidir", - deyə o qeyd edib.

Qeyd edək ki, Ermənistan hökuməti sözügedən qanun layihəsini təsdiqləyib.

Layihə bir qrup qərbyönümlü qüvvələr tərəfindən başladılıb və bunun üçün 50 min imza toplanıb.

11:04

Ermənistan Avropa İttifaqına (Aİ) daxil olma prosesinin başlandığını elan edir.

“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Layihə bu gün hökumətin iclasında müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi