Ermənistanda yol qəzasında 2 nəfər ölüb, 5 nəfər yaralanıb

Ermənistanda yol qəzasında 2 nəfər ölüb, 5 nəfər yaralanıb Ermənistanın Lori vilayətinin Taşir şəhərində iki avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
Region
24 İyun , 2020 10:07
Ermənistanda yol qəzasında 2 nəfər ölüb, 5 nəfər yaralanıb

Ermənistanın Lori vilayətinin Taşir şəhərində iki avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb. 

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məlumatı ölkənin Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti yayıb. 

Hadisə gecə saatlarında Taşir şəhərinin Yerevan küçəsində maye qaz yanacağı doldurma məntəqəsinin yaxınlığında baş verib. 

1967-ci il təvəllüdlü Ambarsum D.-nin idarə etdiyi “VAZ-2107” markalı avtomobil 1991-ci ildə anadan olan Xaçatur A.-nın idarə etdiyi “Nissan Pathfinder”lə toqquşub. Nəticədə “VAZ-2107”nin sürücüsü və 1974-cü ildə anadan olmuş sərnişini Aida O. hadisə yerində ölüb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi