Ermənistanda xəstəxana işçiləri etiraz aksiyası keçirir

Region
  • 10 yanvar, 2022
  • 08:14
Ermənistanda xəstəxana işçiləri etiraz aksiyası keçirir

Ermənistanda xəstəxana əməkdaşları (sanitar və tibb bacıları) etiraz aksiyası keçirirlər.

“Report” “News.am”a istinadən xəbər verir ki, işçilər "Nork" yoluxucu xəstəliklər xəstəxanasının binası qarşısında toplaşıblar.

Buna səbəb yanvarın 15-dən etibarən mərkəzin 80 əməkdaşının işdən çıxarılacağı barədə yayılan məlumatdır.

İddialara görə, xəstəxana təmirə bağlanacaq.