Bakı. 2 may. REPORT.AZ/ Ermənistanda Amusara qızıl mədənində tikinti işləri aparan fəhlələr tətil elan edərək aksiya iştirakçılarına qoşulublar.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı “Erməni Ekoloji Cəbhəsi” yayıb.
Onların Yerevana doğru getdikləri bildirilir.
Eyni zamanda Lori vilayətinin Vanadzor şəhərində də “Qloriya” tikiş fabrikinin 3 min işçisi etiraz aksiyasına qoşulub. Onlar Lori vilayətindən deputat seçilmiş Respublikaçılar Partiyasının parlamentdəki fraksiyasının başçısı Vaqram Baqdasaryanın istefasını tələb ediblər: “Vaqram çıx get!”
Qeyd edək ki, Yerevanda və başqa şəhərlərdə etiraz aksiyası davam edir. İrana gedən Yerevan-Yexiqnadzor avtomobil yolu bağlanıb. Avtomobillə Gürcüstandan Ermənistan ərazisinə daxil olmaq mümkün deyil.



