Ermənistanda qeydə alınan qanun pozuntularının sayı ötən illə müqayisədə 11 faiz artıb

Ermənistanda qeydə alınan qanun pozuntularının sayı ötən illə müqayisədə 11 faiz artıb Dövlət və ictimai əmlakın talan edilməsi ilə bağlı ciddi qanun pozuntularının baş verdiyi də qeydə alınıb
Region
5 Noyabr , 2016 10:20
Ermənistanda qeydə alınan qanun pozuntularının sayı ötən illə müqayisədə 11 faiz artıb

Bakı. 5 noyabr. REPORT.AZ/ Ermənistanda cari ilin yanvar-sentyabr aylarında qeydə alınan qanun pozuntuları ötən iki illə müqayisədə 11 faiz artaraq, 14 min 200 hadisə təşkil edib.

“Report” xəbər verir ki, bu barədə “news.am” Ermənistan rəsmi mənbələrinə istinadən məlumat yayıb.

İnformasiyaya əsasən, ən çox qanun pozuntusu mülkiyyət sahəsində qeydə alınıb. Xəbərə görə, hesabat dövründə bu istiqamət pozuntular 27 faiz artıb. İnformasiyada bildirilib ki, cari ilin yanvar-sentyabr aylarında qeydə alınan qanun pozuntularının ümumi sayının 40 faizi, yaxud 5 min 600 hadisə bu sahənin payına düşür.

Məlumata görə, dövlət və ictimai əmlakın talan edilməsi ilə bağlı ciddi qanun pozuntularının baş verdiyi də qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi