Ermənistanda sərhədyanı bölgədən qonşu ölkələrin ərazisinin şəklini və videosunu çəkmək qadağan edilib.
“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, Ermənistan hökuməti martın 18-də “Dövlət sərhədi haqqında” və “İnzibati qanun pozuntuları haqqında” qanunlara dəyişiklik layihəsini təsdiqləyib.
Bu qanunların dəyişdirilməsi təklifi ilə Milli Təhlükəsizlik Xidməti çıxış edib və sərhədyanı ərazilərdə video çəkilişlərinin aparılmasının məhdudlaşdırılmasını nəzərdə tutur.
Dəyişikliklərlə sərhəddə pilotsuz uçan aparatlardan (PUA) icazəsiz istifadə, foto və video çəkilişlərə görə 100 min dram (təqribən 190 dollar) cərimə nəzərdə tutulub. Bu cür çəkilişlər üçün xüsusi icazə tələb olunacaq.
Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin çəkilişləri məhdudlaşdırmaq planları barədə məlumatlar hələ İkinci Qarabağ müharibəsindən öncə yayılmışdı.